Darmadağınla start - YENİLƏNİB
23.10.2012 - 18:19
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən “İqtisadçı” mübarizəyə qoşulub.
Komandamız Bakı İdman Sarayında Hollandiyanın “Sliedrext” klubunu qəbul edib. Oyunda Bülənt Karslıoğlunun yetirmələri gözlənildiyi kimi rəqiblərinə asanlıqla qalib gəliblər.
Belə ki, “İqtisadçı”dan fərqli, heyətini əsasən gənclər təşkil edən hollandlar ilk dəqiqələrdən müqavimət göstərməkdə çətinlik çəkiblər. Birinci texniki fasiləyə 5 top öndə yollanan komandamız növbəti fasilədə də eyni üstünlüyü saxlayıb. Seti isə universitet klubu 8 top öndə bitirib.
Düzdür, ikinci hissə “Sliedrext” oyunda dönüş yaratmaq fikrinə düşüb. Onlar hətta ilk texniki fasiləyə də öndə yollanıblar – 8:6. Lakin bir set belə uduzmaq istəməyən Bakı təmsilçisi yekunda onlara 25:18 hesabı ilə qalib gəlib.
Üçüncü hissədə isə “İqtisadçı” 3 xal fərqi ilə qələbə qazanıb. Onlar setin əvvəlində 5:0 hesabı ilə öndə olsalar da, sonradan rəqib təşəbbüsə yiyələnib. Lakin yekunda daha təcrübəli oyunçularımız “Sliedrext”ə Bakıda sevinmək imkanı verməyiblər.
Beləliklə, 3:0 hesabı ilə rəqibini məğlub edən “İqtisadçı” səfərə rahat yollana bilər. Onlar Hollandiyada uduzsalar belə “Qızıl set”ə ümid edəcəklər.
23 oktyabr
“İQTİSADÇI” (AZƏRBAYCAN) - “SLİEDREXT” (HOLLANDİYA) - 3:0 (25:17, 25:18, 25:22)
Hakimlər: Vladimir Payevski (Ukrayna), Dəniz Dəmir (Türkiyə)
Bakı, İdman Oyunları Sarayı
Qeyd edək ki, cavab oyunu oktyabrın 30-da olacaq.

0
0