“Natalya Məmmədova ilə dueli səbirsizliklə gözləyirəm”
23.10.2012 - 14:20
Yay “transfer pəncərəsi” dövründə “İqtisadçı” maraq dairəsində olan amerikalı ulduz Destini Huker Krasnodar klubunu seçməsinə aydınlıq gətirib. Apasport.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hücumçu şimal qonşularımızın Superliqasında mövqeyində rəqabət yarada biləcək voleybolçular olduğu üçün “Dinamo”ya gəldiyini bildirib.
O, burada “Omiçka”nın heyətində çıxış edən Azərbaycan yığmasının lideri Natalya Məmmədova ilə rəqabətdən çəkinmədiyini də deyib: “Mən buna nəinki hazıram, hətta ona görə çox sevinirəm. Əgər Rusiyada rəqiblərim zəif olsaydı, buraya gəlməyin nə mənası var idi? Yarışmağı sevirəm. Yekaterina Qamova, Natalya Məmmədova, Natalya Obmoçeyeva və digərləri ilə duellərimizi böyük səbirsizliklə gözləyirəm. Öz kolleksiyamı şəxsi mükafatlarla zənginləşdirməkdən imtina etmərəm. Amma “Dinamo”nun titulları mənim üçün daha vacibdir və bunun üçün Krasnodara gəlmişəm”.

0
0