Nakiç Davorin Azərbaycana gəlir
23.10.2012 - 17:10
Nakiç Davorin Azərbaycana gəlir
Azərbaycan Basketbol Feredasiyası (ABF) ilə FİBA Avropa arasında olan razılaşmaya əsasən noyabrın 2-dən 4-ə kimi Bakıda hakimlik seminarı keçiriləcək. Apasport.az saytının məlumatına görə, FİBA təlimatçısı Nakiç Davorinin rəhbərliyi altında keçiriləcək dərslərdə ABF-in hakimləri və məşqçilər korpusu iştirak edəcək.

Seminar Heydər Əliyev adına İdman Konsert Kompleksində yerləşən “Basketbol Mərkəzində” olacaq. Yekunda uğurla imtahan verən hakimlərə ABF tərəfindən FİBA Avropanın sertifikatları veriləcək.