Zoran Qayiç yenidən “Rabitə”də?
23.10.2012 - 16:44
Çexiyanın “Agel” voleybol klubunun rəsmi saytı kobud səhvə yol verib. Apasport.az saytının məlumatına görə, sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Rabitə” ilə oynayacaq komanda hələ Azərbaycan çempionunda baş məşqçi postunda baş verən dəyişikliyindən xəbərsizdir.
Belə ki, sayt klubumuzun tarixi, uğurları, rəhbərliyi və heyəti haqda geniş yazı hazırlayıb. Lakin onlar Bakı təmsilçisinin baş məşqçisi kimi Zoran Qayiçi göstəriblər. Belə çıxır ki, Çexiyada “Rabitə”ni oyuna yeni çalışdırıcı Marçello Abbondanza deyil, sabiq serbiyalı həmkarı “meydana çıxaracaq”.
Qeyd edək ki, “Agel” – “Rabitə” matçı sabah keçiriləcək.

0
0