Bombardirdən məğlubiyyətə münasibət
24.10.2012 - 08:37
“Bizim top qəbulunda problemimiz vardı. Bunun üçün də lazımı oyunu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Lokomotiv”lə (Azərbaycan) oyundan sonra “Srvena Zvezda”nın (Serbiya) voleybolçusu Ana Belitsa deyib.
Komandasının kapitanı Bakı təmsilçisinə 2:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Bizim komanda gənc və təcrübəsizdir. Qəbuldakı problemlərimiz lazımı hücumların qurulmasında da çətinlik yaradırdı. Çünki hələ Çempionlar Liqasında ilk matçımıza çıxmışdıq”.
Qeyd edək ki, Belitsa 20 xalla “Srvena Zvezda”nın bombardiri olub.

0
0