Azərbaycan çempionundan uğursuz başlanğıc
24.10.2012 - 10:26
Azərbaycan çempionundan uğursuz başlanğıc
Azərbaycan çempionu Draqutin Baltiçin İsveçrə “Volero”sunda debütü uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, Sürix təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Vakıfbank”a (Türkiyə) uduzub.

İstanbulda keçirilən qarşılaşmada türklər 3:0 hesabı ilə qalib gəliblər. Onlar hər 3 setdə Draqutin Baltiçin yetirmələrini 25:16 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, Baltiç “Rabitə” ilə Azərbaycan çempionu olmaqla yanaşı, “Lokomotiv”lə də Super Liqanın gümüş medalını qazanıb.