“6-cı çempionluğa biz də öz töhfəmizi verəcəyik” - MÜSAHİBƏ
24.10.2012 - 11:02
“Rabitə”nin puerto-rikolu voleybolçusu Aurea Kruzun apasport.az saytına müsahibəsi
- Bu gün Çempionlar Liqasında yeni mövsümə start verəcəksiz. Qitənin ən möhtəşəm klub yarışması barədə fikirləriniz maraqlıdır...
- İnanıram ki, biz bu yarışda hədəfimizə çatacağıq. Çempion olmaq istəyirik. Düzdür, maraqlı və çətin olacaq. Rəqiblərimiz kifayət qədər güclüdürlər. Ancaq biz qrup oyunlarını uğurla başa vurmaq istəyirik.
- Çexiya “Agel”inə ilk matçda gücünüzü göstərə biləcəksizmi?
- Buna çalışacağıq. İnanıram ki, komanda oyunu sayəsində qalib gələcəyik.
- Amma tam komanda oyunu Dohada keçirilən klublararası dünya çempionatında nəzərə çapmadı...
- Mənim üçün klublararası dünya çempionatı kimi möhtəşəm yarışda iştirak böyük şərəf idi. Komanda yoldaşlarımın hamısı yaxşı oynadılar. Finala yüksəlməyimiz də bunu göstərdi. Oyunlara gəldikdə, çətin keçdiyini söyləmək olar. Düzdür, hələ tam adaptasiya olmadığımızdan bir qədər çətinliklər olurdu.
- Çempion olmağınıza da bu amil mane oldu?
- Məncə, motivasiyamız bir qədər az idi. Həm də komanda kimi yeni toplaşmışıq. Təxminən 1 ay birgə olan klub 10 il heyətini dəyişməyən komandaya qarşı oynayırdı. Bunun özü artıq hər şeyi deyir.
- Siz “Yamamay”da (İtaliya) da Marçello Abbondanzanın rəhbərliyi altında oynamısız və əsas heyətdə yer almısız. Bu dəfə isə daha çox ehtiyatda qalırdız. Bunun səbəb nə idi?
- Bunu belə izah edərdim ki, “Rabitə”də yeni oyunçular çoxdur və məşqçimizin öz ideyaları, taktikaları var. O da qalib gəlmək istəyir. Bunun üçün Abbondanzanın qərarlarına hörmət etməliyik və seçim ona məxsusdur. Həm də yarış öncəsi məşqçinin hər bir oyunçunu qiymətləndirməsi üçün vaxtı az idi. Yəni kimin harada və necə oynamağını Marçello müəyyənləşdirir. Bütün bunlar tezliklə həllini tapacaq.
- Son illərdə oynadığınız İtaliya A seriyası ilə Super Liqanı necə müqayisə edərdiz?
- Mən bu 2 ölkə çempionatı arasında ciddi fərqin olduğunu deməzdim. Yeganə fərq yalnız klubların sayındadır. Amma ümumi götürdükdə, peşəkar voleybolçu üçün bu, ciddi problem olmamalıdır. Çünki hansı ölkədə, hansı turnirdə çıxış edirsənsə, öz oyununu oynamalısan. Bunun üçün elə bir fərq görmürəm.
- “Rabitə” Super Liqada son 5 ildə çempionluğu heç kimə güzəştə getməyib. Bu seriyanı yeni komanda ilə davam etdirə biləcəksizmi?
- Bəli, bunun üçün hamımız birgə çalışıb qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, “Rabitə”nin uğurunu davam etdirib, 6-cı çempionluğuna biz də töhfəmizi verə biləcəyik.

0
0