Almanları dayandıran qəhrəmanımız
25.10.2012 - 09:18
Almanları dayandıran qəhrəmanımız
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl” (Azərbaycan) – “Dresdner” (Almaniya) matçının ən yaxşısının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmanın bombaridiri Tina Lipiçer olub.

Sloveniyalı legionerimiz almanlardan 20 xal almağı bacarıb. Digər voleybolçularımızdan Sara Anzanello 16, Meqan Hodj 11, Manon Flier 10, Karolina Vensink 9 və Milena Radeçka 7 xala sevinib.

Rəqibin heyətində isə Yudit Pietersen daha çox xal toplayıb. Onun 14 zərbəsi dəqiq alınıb.