Azərbaycan çempionunun möhtəşəm triosu
25.10.2012 - 09:34
Azərbaycan çempionunun möhtəşəm triosu
Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqası çərçivəsində Çexiyada “Agel”lə ilk qarşılaşmasında qəhrəmanların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin darmadağını ilə yekunlaşan görüşdə voleybolçularımızdan 3-ü eyni xal toplayıb.

Belə ki, komanda oyun nümayiş etdirən “Rabitə”nin heyətində Madeleyne Montano, Nataşa Krsmanoviç və Foluke Akinradevo hərəyə 14 dəfə çexləri cəzalandırıblar. Marçello Abbondanzanın digər yetirmələrindən Angelina Qrün 7, Dobrina Rabadjiyeva 5, Yekaterina Zakrevskaya ilə Sanya Staroviç hərəyə 2 və Katarjina Skorupa 1 xal toplayıb.

“Agel”də isə Kristina Qonsalves de Assis daha sərrast olub. O, “Rabitə”dən 12 xal alıb.

Qeyd edək ki, təmsilçimiz səfərdə 3:0 hesabı ilə qalib gəlib.