“Ən yaxşı oyunumuzu hələ göstərə bilmərik”
25.10.2012 - 09:47
“Ən yaxşı oyunumuzu hələ göstərə bilmərik”
“Biz qalib gəldiyimiz üçün çox razıyıq. Nəzərə almaq lazımdır ki, hələ mövsümün başlanğıcıdır və biz ən yaxşı oyunumuzu hələ göstərə bilmərik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsində ilk oyunlarını şərh edib. O, az öncə Dohada dünya çempionatının finalında qüvvəsini sınayan komandasının Çexiyada “Agel”lə matçda yaxşı təsir bağışladığını bildirib: “Yetirmələrim lazımı qələbəni qazandılar. Onlar özlərini yaxşı tərəfdən göstərdilər və əsas odur ki, 1 xal belə itirmədik. Komandanın artırması və oyununu yaxşılaşdırması üçün hələ vaxta ehtiyacımız var”.

Qeyd edək ki, “Rabitə” səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.