“Azərbaycan çempionu hücumda ən yaxşı oyununu göstərdi”
25.10.2012 - 10:49
“İlk 2 setdə təxminən bərabər oyun getdi. Top qəbulunda rəqiblə ayağlaşa bildik. Lakin digər oyun kompanentlərində onlara uduzduq”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” voleybol klubunun baş məşqçisi Miroslav Çad deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqası çərçivəsində oynadıqları “Rabitə” ilə matça münasibət bildirib: “Hücumçularımız qonaqların ideal müdafiəsini çətinliklə keçirdilər. Digər tərəfdən Azərbaycan çempionu hücumda ən yaxşı oyununu göstərdi və bu da həlledici oldu”.
Qeyd edək ki, “Rabitə” səfərdə “Agel”ə 3:0 hesabı ilə qalib gəlib.

0
0