Natalya Məmmədova yenidən Azərbaycana gəlir
25.10.2012 - 11:30
Qadın voleybolçuların CEV kubokunda Bakının “İqtisadçı” və “Bakı-Azəryol” klublarının potensial rəqibləri 1/16 final mərhələsi çərçivəsində ilk görüşlərini keçiriblər. Apasport.az saytının məlumatına görə, universitet komandası mərhələ adlayacağı halda qarşılaşmaq ehtimalı olan “Yedinstvo” (Bosniya və Herseqovina) – “Omiçka” (Rusiya) cütündə ikincilər qələbə qazanıblar.
Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Omsk təmsilçisi səfərdə rəqibini 3:0 (25:12, 25:19, 25:20) hesabı ilə məğlub edib. “İqtisadçı”nın da ilk qarşılaşmada Hollandiya “Sliedrext”ə eyni hesabla qalib gəldiyini nəzərə alsaq, onların növbəti mərhələdə ruslarla oynayacağını proqnozlaşdırmaq olar.
“Bakı-Azəryol”la 1/8 finalda cütlük təşkil edəcək “Rote Raben” (Almaniya) – “Minatori” (Albaniya) duelində isə almanlar “quru hesabla” (25:12, 25:12, 25:8) qələbəni bayram ediblər. Azərbaycan təmsilçisi isə ilk qarşılaşmasını bu gün keçirəcək.
Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları bir həftə sonra keçiriləcək.

0
0