Kapitan təəssüfü
25.10.2012 - 12:01
Kapitan təəssüfü
“Biz ilk 2 seti çox yaxşı oynadıq. Bununla göstərdik ki, qonaqları gərginlikdə saxlamaq mümkündür”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın “Agel” klubunun voleybolçusu Solanj Soares deyib.

Komandasının kapitanı Çempionlar Liqasının qrup mərhələsinin “Rabitə” ilə ilk görüşündə 0:3 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Fikrimcə, “Rabitə” kimi güclü rəqibə qarşı yaxşı mübarizə apardıq. Təəssüf ki, ilk 2 setdə Bakı klubu qalib gəldikdən sonra biz səhvlər etməyə başladıq. Nəticədə də rəqib III hissəni asanlıqla qazanaraq, oyunu xeyrinə bitirdi. Biz isə buna görə ruhdan düşməməliyik. Hazırlığımız və performansımızı artırmalıyıq”.