“İt əti 100 faiz yeməmişəm” - MÜSAHİBƏ
25.10.2012 - 13:13
Azərbaycan millisinin voleybolçusu Yana Ağayevanın apasport.az saytına müsahibəsi
- Koreyada şərəfini qoruyacağınız “Hyundai”ın ölkə çempionatında qarşısına hansı vəzifələr qoyulub?
- Bizim iddialarımız yüksəkdir. Güclü heyətimiz var və əsas hədəfimiz yalnız çempionluqdur.
- Asiyada hansısa kubokda iştirak edəcəksizmi?
- Xeyr. Biz sadəcə Koreya çempionatında oynayacağıq. Əgər qalib gəlsək, gələn ilin aprelində kiçik bir turnirdə çıxış edəcəyik. Həmin yarışda Serbiya və Koreya çempionlarının, həmçinin Yaponiya və Çin komandalarının iştirakı nəzərdə tutulub.
- Yeni komandanda adaptasiya necə keçir?
- Mən iyunda burada 3 həftə hazırlıq keçmişdim. Buna görə də sentyabrda Koreyaya gəlmək bir növ rahat oldu. Çünki hər şey mənə tanış idi. Lakin açığını deyim ki, ilk 2 həftəni meydanda lap ölürdüm. Səhər 3, axşam isə 3-3,5 saat məşq edirik. Bu yükə öyrəşənə qədər çətin oldu. Lakin qızlar və məşqçilər çox kömək etdilər.
- Sizcə, əsas heyətdə yer almaq çətin olmayacaq ki?
- Mən əsas heyətin üzvüyəm. Çünki burada hər komandada cəmi bir legioner yer alır və həmin voleybolçu da hər zaman oynayır.
- Artıq müəyyən müddətdir Koreyaya yollanmısız. Buranın mədəniyyətinə və yeməklərinə öyrəşə bilmisizmi?
- Bu proses arxada qalıb. Sözün düzü, bu ölkənin yerli mətbəxi ürəyimcədir. Burada çəngəl və bıçaq əvəzinə, çubuqla yemək yeyirlər ki, mən də bunu çox xoşlayıram. Nə yediyimi isə soruşmayın. Bunu özüm də bilmirəm. Amma it əti 100 faiz yeməmişəm (gülür).
- Siz millimizin heyətində ilk voleybolçusuz ki, bu ölkədə çıxış edəcəksiz. Qarşıda da Azərbaycan adına belə ilklər etməyi planlaşdırırsız?
- Əgər gələcək planlarımı açıqlasam, o zaman sürprizlər olmayacaq.
- Azərbaycanda əlaqə saxladıqlarınız varmı?
- Bakıdakı bütün dostlarımla əlaqə saxlamağa çalışıram. Bəzən vaxt fərqinə görə problem yaranır. Amma bu işdə internet daha çox köməyimə çatır.
- Müqaviləniz 1 illikdir. Hansı halda “Hunday”la bunu uzatmağı planlaşdırırsız?
- Əgər oyunum onların xoşuna gələrsə, avtomatik olaraq daha bir il müqaviləni uzadacaqlar. Əks halda həmin vaxt bitdikdə bu klubla yollarım ayrılacaq.
- Maraqlıdır, Bakıdan getməyinizə nə səbəb oldu?
- Məni həmişə Asiya voleybolu maraqlandırıb. Onların oyun sistemi fərqli olub və mən buna uyğun oynamaq istəyirdim. Düşünürəm ki, Koreyada iştirakım mənə müdafiədə və top qəbulunda daha yaxşı forma yığmağıma kömək olacaq. Çünki burada məşq prosesi də çətindir.
- Bu ölkədə voleybola Azərbaycandakı kimi maraq varmı?
- Hazırda Azərbaycan Super Liqası ən güclü çempionatdır. Legioner limiti yoxdur. Bunun sayəsində də klublar kifayət qədər güclüdür və bütün komandalar ən yaxşı oyunçuları heyətinə qatıblar.
- Bəs 2 ölkə çempionatı arasında oxşarlıq və fərqli cəhətlər nədir?
- Fikrimcə, fərq Super Liqanın ilk turunda “İqtisadçi” və “Azərreyl” matçında aydın göründü (həmin görüşdə “Azərryel” 1:3 hesabı ilə uduzmuşdu). “İqtisadçı”nın heyəti demək olar ki, Tailand millisidir və bu komandanın oyunu Koreya klublarının oyununa bənzəyir.

0
0