Bakı klubu üçün norveçli və macarıstanlı
28.10.2012 - 10:00
Bakı klubu üçün norveçli və macarıstanlı
Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 30-da Hollandiya “Sliederxt”in qonağı olacaq “İqtisadçı”nı meydana norveçli Andreas Miredal çıxaracaq. Ona almaniyalı Mariya Fişer köməklik edəcək.

1 gün sonra “Maribor” (Sloveniya) – “Bakı-Azəryol” (Azərbaycan) matçında ədaləti macarıstanlın Monika Ujhazi və rumıniyalı Felisia Suciu qoruyacaqlar.

Qeyd edək ki, hər 2 təmsilçimiz ilk matçda 3:0 hesabı ilə qələbə qazanıblar.