Azərbaycan çempionatında ilk məşqçi istefası
28.10.2012 - 15:01
Azərbaycan çempionatında ilk məşqçi istefası
“Lokomotiv” baş məşqçisi Pyotr Xilko ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Çempionlar Liqasında Moskva “Dinamo”su ilə oyuna yeni çalışdırıcı ilə çıxmağı planlaşdırırlar.

Belə ki, az öncə komandanın “sükanı” arxasına gətirilən belaruslu mütəxxəssisin işi rəhbərliyi qane etməyib. Bunun üçün artıq Xilkoya əvəzedici də tapılıb. Bu, italiyalı məşhur məşqçi Cuzeppe Kuçarinidir. Ölkəsi ilə yanaşı, Türkiyədə də işləyən təcrübəli çalışdırıcı ilə artıq razılığın əldə olunduğu da bildirilir.

Bununla da, Azərbaycan Super Liqasında ilk istefanın reallaşmasını söyləmək olar. Vəzifəsindən kənarlaşdırdığı ələ rəsmən açıqlanmayan Xilko “Lokomotiv”lə Çempionlar Liqasında “Srvena Zvezda”ya 3:2, ölkə çempionatında isə “Telekom”a 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Kuçarininin “Lokomotiv”ə gəlişi reallaşacağı halda Super Liqada italiyalı baş məşqçilərin sayı 3-ə çatacaq. Ondan öncə “Rabitə” Marçello Abbondanzaya, “Azərreyl” isə Alessandro Çiappiniyə etibar olunub.