“Bu, mövsümdəki ən böyük hədəfimizdir”
28.10.2012 - 15:46
“Mövsümə yaxşı başladıq. Öncə ölkə Superkubokunu başımız üzərinə qaldırdıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Əczaçıbaşı” klubunun məqşçisi Lorenzo Miçelli deyib.
İtaliyalı çalışdırıcı Türkiyə çempionatında “Nilüfər Bələdiyyəsi”nə qalib gəldikdən (3:0) sonra Çempionlar Liqasında qarşılaşacaqları “Azərreyl”lə oyuna münasibət bildirib: “Həm Avropada, həm də Türkiyədə uğur qazanmaq istəyirik. Güclü bir heyətə və əla kollektivə malikik. Oyundan-oyuna hədəfimizə çatmaq üçün məşqlərimizi davam etdirik. Birinci matçda “Tauron”a qalib gəldik. Növbəti qarşılaşmamız “Azərreyl” qarşı olacaq və komandanın inamlı oynayacağı sözsüzdür. İstəyirik ki, 10-cu dəfə “Dördlər finalı”na yüksələk və çempion adını qazanaq. Bu, mövsümdəki ən böyük hədəfimizdir”.
Qeyd edək ki, “Əczaçıbaşı” – “Azərreyl” görüşü oktyabrın 31-də olacaq.

0
0