Türkiyə millisinin oyunçusundan təmsilçimizlə matç öncəsi iddialı sözlər
28.10.2012 - 16:14
Çempionlar Liqasının qrup mərhələsində “Azərreyl”in rəqibi “Əczaçıbaşı”nın kapitanı Esra Gümüş Bakı təmsilçisi ilə oyun öncəsi iddialı danışıb. Apasport.az saytının məlumatına görə, təcrübəli voleybolçu oktyabrın 31-də Türkiyədə olacaq matçda qələbə oynayacaqlarını deyib.
“Ay-ulduzlu”ların şərəfini də qoruyan Gümüşün sözlərinə görə, “Əczaçıbaşı” tək “Azərreyl”ə deyil, bütün rəqiblərinə qalib gəlməyi planlaşdırır: “Klubumuzla bir çox uğurlara imza atmışıq. Türkiyə çempionluğunu, ölkə kubokunu və Superkubokunu qazanmışıq. Yeganə çatışmayan medalımız Çempionlar Liqasının qızılıdır. Klub olaraq, bu il həmin çatışmazlığı aradan qaldırıb, çempion olmaq istəyirik”.

0
0