“Rabitə” üçün Bozqurt
29.10.2012 - 10:31
“Rabitə” üçün Bozqurt
Qadın voleybolçular arasında Çempionlar Liqasının II turunu idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Lokomotiv”in Moskva “Dinamo”su ilə oyunu ukraynalı Viktor Kozlovskiyə etibar edilib. Oktyabrın 31-də keçiriləcək matçda köməkçi hakim funksiyasını hollandiyalı Peter Qroenevegen yerinə yetirəcək.

Həmin gün İstanbulda baş tutacaq “Əczaçıbaşı” – “Azərreyl” görüşünü rusiyalı Andrey Zenoviçlə makedoniyalı Nikola Miçevski idarə edəcək.

Oktyabrın 1-də “Sərhədçi” Olimpiya Mərkəzində “Rabitə” – “Villa Kortese” dueli isə Viktor Markov (Rusiya) və Bülənt Bozqurta (Türkiyə) tapşırılıb.