Yığmamızın hücumçusu Tümendə bombardir oldu
29.10.2012 - 10:38
Qadın voleybolçular arasında Rusiya çempionatında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Tümen-TümQU”nun qonağı olub.
Qarşılaşma ev sahiblərinin 3:1 (25:18, 25:20, 17:25, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb. “Omiçka” uduzsa da, Məmmədova görüşün bombardiri olub. O, klubuna 25 xal qazandırıb.
Oktyabrın 30-da “Lokomotiv”lə qarşılaşacaq Moskva “Dinamo”su isə “Uraloçka” ilə üz-üzə gəlib və 3 xala sahib olub - 3:1 (25:19, 19:25, 25:16, 26:24).
Beləliklə, 4 turdan sonra paytaxt təmsilçisi 10 xalla 4-cü, “Omiçka” isə 6 xalla 7-ci yerdədir.

0
0