Yığmamızın oyununun vaxtı dəyişdirildi
29.10.2012 - 13:35
Yığmamızın oyununun vaxtı dəyişdirildi
Kişi voleybolçular arasında Qurban Bayramına həsr edilmiş voleybol turniri planlaşdırılan vaxta baş tutmayıb. Apasport.az saytının məlumatına görə, bu, 3-4 illik fasilədən sonra belə yarışın baş tutmasına oyunların keçiriləcəyi Voleybol Federasiyasının idman zalının lazımı saatlarda boş olmaması səbəbindən reallaşmayıb.

Nəticədə isə turnir təxirə salınıb. Yeni formalaşan yığmamızla yanaşı, “Sumqayıt”, “Neftçi” və “Sərhədçi” klublarının qatılacağı yarışın noyabrın 2-si, 4-ü və 5-də keçirilməsi qərara alınıb.

Qeyd edək ki, turnirin ardınca bu komandaların iştirakı ilə Azərbaycan çempionatının da olması nəzərdə tutulub.