Liderlik uğrunda
29.10.2012 - 15:06
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə 3 Bakı klubundan heç biri meydana çıxmayacaq. Onlardan “Lokomotiv”lə “Azərreyl” oktyabrın 31-də, “Rabitə” isə noyabrın 1-də oynayacaq.
B qrupunda yer alan “Lokomotiv” Moskva “Dinamo”sunu qəbul edəcək. Bu görüş baş məşqçi Pyotr Xilko üçün xüsusi əhəmiyyət daşıdığından “dəmiryolçular”ın yaxşı oynayacağını proqnozlaşdırmaq olar. Çünki belaruslu çalışdırıcı Rusiya klubu ilə qarşılaşmadan sonra “Lokomotiv”lə vidalaşacaq. Həm də rəqibini top fərqinə görə qabaqlayan voleybolçularımız qalib gələcəkləri halda müvəqqəti də olsa vahid liderə çevrilə bilər. Bu isə onların mərhələ adlamaq şansını asanlaşdıracaq. Düzdür, rəqib də kifayət qədər inamlı təsir bağışlayır. Lakin azarkeş dəstəyi 2 və ya 3 xal qazanmağımızda yardımçı ola bilər. Bu qrupun digər oyunu da həmin gün olacaq. Qarşılaşmada Polşa “Bank Fakro”su Serbiya “Srvena Zvezda”sını qəbul edəcək.
“Lokomotiv”dən fərqli, “Azərreyl”i Türkiyədə daha ciddi sınaq gözləyir. “Əczaçıbaşı”nın qonağı olacaq komandamız qələbə qazanmağı planlaşdırsa da, bu onlara asan başa gəlməyəcək. Çünki İstanbul təmsilçisinin də heyəti “dəmiryolçular” kimi kifayət qədər güclüdür. Bunun üçün də gərgin mübarizə vəd edən görüşdə hansısa komandanın 3 xal qazanacağı inandırıcı deyil. Lakin qalib qrup liderliyini müəyyənləşdirəcəyindən həmyerlilərimiz görüşə xüsusi ab-havada çıxacaq.
Çempionlar Liqasında digər təmsilçimiz “Rabitə” də ciddi sınaq qarşısındadır. Onlar “Dördlər finalı”nın son iştirakçısı olan İtaliya “Villa Kortese”sinin gücünü yoxlayacaqlar. Baş məşqçi Marçello Abbondanza sabiq komandasını məğlub etməyin yolunu yaxşı bildiyindən Azərbaycan çempionun qələbəsi gözləniləndir. Dünya çempionatının finalında da oynayan “Rabitə”də artıq uyğunlaşma prosesi başa çatmaq üzrədir və onlar bunu italiyalılarla matçda fanatları qarşısında sübut etmək arzusundadırlar. Düzdür, “Villa Kortese” ən azı Bakıdan 1 xalla getməyi planlaşdırır. Amma qarşısına Çempionlar Liqasının qalibi olmaq məqsədini qoyan “Rabitə”nin Apennin təmsilçisinə güzəşt edəcəyi inandırıcı deyil. Xüsusilə də ev oyunlarında belə “hədiyyələri” sevməyən komandanın xal itirəcəyi gözlənilmir. “Rabitə”nin rəqibləri – “Atom” (Polşa) – “Agel” (Çexiya) dueli isə sabah keçiriləcək.
II tur
1 noyabr
B qrupu
18:00. “Rabitə” – “Villa Kortese” (İtaliya)
Bakı. “Sərdəhçi” Olimpiya Mərkəzi
31 oktyabr
D qrupu
19:00. “Əczaçıbaşı” (Türkiyə) – “Azərreyl”
İstanbul. Burhan Fələk İdman Salonu
F qrupu
18:00. “Lokomotiv” – “Dinamo” (Moskva, Rusiya)
Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi

Rabitə | 1 | 1 | 0 | 3-0 | 75-57 | 3 |
Villa Kortese | 1 | 1 | 0 | 3-1 | 97-88 | 3 |
Atom | 1 | 0 | 1 | 1-3 | 88-97 | 0 |
Agel | 1 | 0 | 1 | 0-3 | 57-75 | 0 |
31 oktyabr
D qrupu
19:00. “Əczaçıbaşı” (Türkiyə) – “Azərreyl”
İstanbul. Burhan Fələk İdman Salonu
Azərreyl | 1 | 1 | 0 | 3-1 | 98-70 | 3 |
Əczaçıbaşı | 1 | 1 | 0 | 3-1 | 95-84 | 3 |
Tauron | 1 | 0 | 1 | 1-3 | 84-95 | 0 |
Dresdner | 1 | 0 | 1 | 1-3 | 70-98 | 0 |
F qrupu
18:00. “Lokomotiv” – “Dinamo” (Moskva, Rusiya)
Bakı. “Sərhədçi” Olimpiya Mərkəzi
Lokomotiv | 1 | 1 | 0 | 3-2 | 113-94 | 2 |
Dinamo | 1 | 1 | 0 | 3-2 | 109-102 | 2 |
Bank Fakro | 1 | 0 | 1 | 2-3 | 102-109 | 1 |
Srvena Zvezda | 1 | 0 | 1 | 2-3 | 94-113 | 1 |
0
0