1/8 final üçün: Biri asan, digəri çətin imtahan
29.10.2012 - 17:19
1/8 final üçün: Biri asan, digəri çətin imtahan
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlarını Bakıda keçirən “İqtisadçı” və “Bakı-Azəryol” ikinci görüşlərinə səfərdə çıxacaq.

Klublarımızdan universitet komandasının mərhələ adlaması daha asan olacaq. Çünki Hollandiya “Sliedrext”i ilə matçda rəqibinə heç bir şans verməyən Bülənt Karslıoğlunun yetirmələrinin səfərdə büdrəyəcəkləri inandırıcı görünmür. Əksinə, “İqtisadçı”nın ikinci qarşılaşmada da qalib gələrək, cütün taleyini “Qızıl set”ə saxlamağı planlaşdırmır.

Onlar 1/8 finala yüksələcəkləri halda isə “Omiçka” (Rusiya) - Yedinstvo” (Bosniya və Herseqovina) cütünün qalibini gözləyəcəklər. Yığmamızın hücumçusu Natalya Məmmədovanın da heyətində yer aldığı Rusiya təmsilçisi ilk görüşdə səfərdə 3:0 hesabı ilə qələbə qazandığından, evdə eyni uğuru təkrarlayacağı sözsüzdür. Bu matç noyabrın 1-də olacaq.

“İqtisadçı”dan fərqli, “Bakı-Azəryol”un işi heç də asan olmayacaq. Çünki Bakıda 3:0 hesablı qələbə qazanmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirməyən komandanın Sloveniyada “Maribor” qarşısında büdrəmək ehtimalı var. Lakin buna baxmayaraq, Aleksandr Çervyakovun yetirmələri müəyyən üstünlüyə malikdirlər. Belə ki, voleybolçularımız uduzacaqları halda “Qızıl set”ə ümid edəcəklər.

Komandamız 1/8 finala yüksələrsə “Minatori” (Albaniya) - “Rote Raben” (Almaniya) cütünün qalibi ilə düşəcək. Burada isə ilk matçda 3:0 hesabı ilə qalib gələn almanların mərhələ adlayacağı gözlənilir. Qarşılaşma Bakı təmsilçisi ilə eyni gendə və eyni saatda başlayacaq.

CEV kuboku
1/16 final mərhələsi, cavab matçları

30 oktyabr

23:00. “SLİEDREXT” (HOLLANDİYA) - “İQTİSADÇI” (AZƏRBAYCAN)
Hakimlər: Andreas Miredal (Norveç), Mariya Fişer (Almaniya)

İlk matç
“İQTİSADÇI” (AZƏRBAYCAN) - “SLİEDREXT” (HOLLANDİYA) - 3:0 (25:17, 25:18, 25:22)

font color=red>31 oktyabr
21:00. “MARİBOR” (SLOVENİYA) – “BAKI-AZƏRYOL” (AZƏRBAYCAN)
Hakimlər: Monika Ujhazi (Macarıstan), Felisia Suciu (Rumıniya)

İlk matç
“BAKI-AZƏRYOL” (AZƏRBAYCAN) - “MARİBOR” (SLOVENİYA) – 3:0 (25:22, 25:22, 28:26)