Dünyanın ən yaxşı məşqçisi olmağa 10 namizəd qaldı
30.10.2012 - 10:23
Dünyanın ən yaxşı məşqçisi olmağa 10 namizəd qaldı
FİFA dünyanın ən yaxşı məşqçisi ilə bağlı siyahını yeniləyib. Apasport.az saytının məlumatına görə, 10 çalışdırıcı bu il ən yaxşı məşqçi olmaq uğrunda mübarizə aparacaq.

Bunlar Visente Del Boske (İspaniya yığması), Roberto Di Matteo (“Çelsi”), Aleks Ferqyusson (“Mançester Yunayted”), Yupp Haynkes (“Bavariya”), Yurgen Klopp (“Borussiya” Dortmund) , Yohaim Löv (Almaniya yığması), Roberto Mançini (“Mançester Siti”), Joze Mourinyo (“Real”), Çezare Prandelli (İtaliya yığması) və “Barselona”nın sabiq çalışdırıcısı Xosep Qvardioladır.

Qvardiola yarım ilə yaxındır işsiz olsa və ötən mövsüm nə çempionluq, nə də Çempionlar Liqasını qazansa da, adının siyahıya salınması diqqət çəkir. Hər halda, ötən mövsüm dünyanın ən yaxşı məşqçisi seçilən Qvardiolanın titulunu qorumaq şansı azdır.

Maraqlıdır ki, iddiaçıların hamısı Avropadandır. Bunlardan 3-ü italiyalılar (Di Matteo, Prandelli və Mançini) və almaniyalılar (Haynkes, Klopp, Löv), 2-si ispaniyalılar (Del Boske, Qvardiola), 1-i şotlandiyalı (Ferqyuson), 1-i portuqaliyalıdır (Mourinyo).