“Azərreyl”ə qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”
30.10.2012 - 11:24
“Azərreyl”ə qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq”
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Azərreyl”i qəbul edəcək “Əczaçıbaşı”nın kapitanı Esra Gümüş iddialı danışıb. Apasport.az saytının məlumatına görə, komandasının kapitanı bildirib ki, ilk ev oyununda qalib gəlmək istəyirlər.

O, sabahkı matçda bütün güclərini ortaya qoyacaqlarını deyib: “Bu, bizim ilk ev oyunumuz olacaq. Məqsədimiz turnirin sonuna kimi yaxşı çıxış edib, qalib olmaqdır. Hesab edirəm ki, biz bu nəticəyə nail ola bilərik. “Azərreyl”lə keçirəcəyimiz matçda növbəti qələbəmizi qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.