Azərbaycan çempionu səfər matçından imtina etdi
30.10.2012 - 14:45
Azərbaycan çempionu səfər matçından imtina etdi
Azərbaycan çempionu ABU həndbol klubunun “Çelenc Cup”ın III təsnifat mərhələsində Türkiyənin “Anadolu Universiteti” komandası ilə hər 2 oyununu Bakıda keçirəcək. Apasport.az saytının məlumatına görə, təmsilçimiz rəqiblə artıq bu barədə razılıq əldə edib.

Nəticədə qarşılaşmaların noyabrın 9-da və 10-da keçirilməsi qərara alınıb. Hər 2 matç “ABU-Arena”da saat 17:00-da başlayacaq.

Qeyd edək ki, öncə ilk matç Azərbaycanda, cavab görüşü səfərdə olmalı idi.