“İqtisadçı” hollandlara set vermədi
31.10.2012 - 01:04
“İqtisadçı” hollandlara set vermədi
Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan təmsilçisi “İqtisadçı” Hollandyada “Sliedrext”in qonağı olub.

Doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edən "İqtisadçı" səfərdə də üstün oyun nümayiş etdirib. Hər üç setdə qələbə qazanan komandamız növbəti mərhələyə adlayıb - 3:0.








30 oktyabr

“Sliedrext” (Hollandiya) - “İqtisadçı” (AZƏRBAYCAN) - 0:3 (12:25, 21:25, 20:25)