“Azərreyl” set üzünə həsrət qaldı
31.10.2012 - 20:25
“Azərreyl” set üzünə həsrət qaldı
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının xəbərinə görə, II tur çərçivəsində Türkiyədə “Əczaçıbaşı” klubunun qonağı olan “Azərreyl” turnirdə ilk məğlubiyyətini alıb.

İstanbula iddialı yollanan komandamız ciddi problemlərlə üzləşib. İlk setdə “dəmiryolçular”ın bütün cəhdlərinə baxmayaraq, türkiyəli zəriflər rəqibinə cəmi 22 xal verib.

“Azərreyl”in hesabı bərabərləşdirmək istəyi də baş tutmayıb. İlk setlə müqayisədə daha inamlı görünən təmsilçimizin gücü yalnız 23 xal qazanmağa çatıb.

Üçüncü set isə həlledici olub. Komandamıza göz açmağa imkan verməyən meydan sahibləri bu dəfə böyük fərqlə qələbə qazanıblar.


II tur
31 oktyabr

D qrupu

“Əczaçıbaşı” (Türkiyə) – “Azərreyl” - 3:0 (25:22; 25:23; 25:12)
İstanbul. Burhan Fələk İdman Salonu

Əczaçıbaşı
2
2
0
6-1
170-141
6
Azərreyl2113-4155-1453
Tauron
1
0
1
1-3
84-95
0
Dresdner
1
0
1
1-3
70-98
0