Yığmamızın üzvlərindən jest: 1500 avroya oynamırıq!
31.10.2012 - 13:25
Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin üzvləri artıq legioner həyatı yaşamaqda maraqlı deyillər. Bu barədə məlumatı apasport.az saytına yığmanın baş məşqçisi Hikmət Abdullayev verib.
Onun sözlərinə görə, bir neçə oyunçumuz İran və Türkiyə klublarının hədəfində olsa da, həmyerlilərimizin imtinası səbəbindən transferlər reallaşmayıb.
Abdullayev bildirib ki, bu, onların Azərbaycanda yaxşı iş tapmaları ilə bağlıdır: “Bir neçə həndbolçumuzun xidmətində olan komandalar vardı. Lakin sonradan həmin uşaqlar burada özlərinə yaxşı iş tapdılar. Bu səbəbdən də Azərbaycanda 1000 manat maaş aldıqları halda, xarici klubların 1500 avroluq təklifindən imtina etdilər. Çünki onlar evdə qazanılan pulun daha üstün olduğunu bildirdilər”.
Qeyd edək ki, hazırda Türkiyədə və İranda millimizin üzvlərindən Georgeviski qardaşları legioner həyatı yaşayırlar.

0
0