Hollandiyalı kapitan: Bakı klubu layiqli qələbə qazandı
31.10.2012 - 13:59
“Komandamızda müəyyən gərginlik vardı. Bunu kənar təsirlə də bağlamaq olar”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiyanın “Sliedrext” klubunun voleybolçusu Marişka Koster deyib.
Komandasının kapitanı CEV kubokunun 1/16 final mərhələsinin ikinci matçında da “İqtisadçı”ya 0:3 hesablı məğlubiyyətdən danışıb. Hollandiyalının sözlərinə görə, Bakı təmsilçisinin heyətində güclü voleybolçular cəmləşib: “Biz əvvəldən oyunun gedişinə təsir edə bilmədik. Hollandiya Liqasında öyrəşdiyimizdən tam fərqli matç oldu. Dünya səviyyəli klub olmağımıza vaxt lazımdır. Bu artıq zamanın işidir. Rəqib isə gözəl oyunu ilə layiqli qələbə qazandı. İndi çıxışımızı davam etdirəcəyimiz “Çelenc Cup”da inamlı oynayaraq, sona kimi mübarizə aparmağa çalışacağıq”.

0
0