Cuzeppe Kuçarini: Bu posta təyin olunduğum üçün qürurluyam
31.10.2012 - 14:42
“Lokomotiv” bütün potensialını göstərməyə hazırdır. Bu komandanın heyətində çox güclü oyunçular cəmləşib”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in yeni baş məşqçisi Cuzeppe Kuçarini deyib.
Bu postda belaruslu Pyotr Xilkonu əvəzləyən italiyalı mütəxəssis bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları Moskva “Dinamo”su ilə oyunda debüt edəcək. O, ilk matçındaca komandasına qələbə qazandırmaq niyyətindədir: “Əlbəttə, “Dinamo”nun böyük tarixi var. Bu klub çoxdan formalaşmış, güclü və təcrübəli komandadır. Ancaq biz doğma azarkeşlər önündə oynayırıq, Çempionlar Liqasında ilk ev oyunumuzda qalib gəlmək üçün hər şey edəcəyik. Debütümü qələbə ilə qeyd etmək istəyirəm. Bu posta təyin olunduğum üçün qürurluyam”.
Qeyd edək ki, Kuçarini ilə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

0
0