Ləvənt Türknasın Azərbaycandan getməsinin səbəbi açıqlandı
01.11.2012 - 00:02
Azərbaycan Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknasın ölkəmizdəki fəaliyyəti başa çatıb. Bu barədə məlumatı apasport.az saytına qurumun icraçı-direktoru Rüstəm Rüstəmov verib.
O bildirib ki, türkiyəli mütəxəssisin Azərbaycanda basketbolun inkişafına böyük köməyi olsa da, artıq oyunla yollar ayrılıb: “Mən Türknasın Türkiyənin “Pınar Karşıyaka” klubuna menecer təyin olunmasından sonrakı açıqlamasını oxumuşdum. Düzdür, o istəyirdi ki, klubla yanaşı, federasiyada da işini davam etdirsin. Lakin rəhbərlik buna razı olmadı. Çünki 1 əldə 2 qarpız tutmaq olmaz. Biz mayda da bunun şahidi olduq. Millinin hazırlığı vaxtı o tez-tez Türkiyəyə gedib, gəlirdi. Bu isə lazımı güclə işləməyə imkan vermirdi. Bunun üçün də Ləvəntlə yolları ayırmağa qərar verdik”.
İcraçı-direktorun sözlərinə görə, Türknasın vətəninə qayıtması əmək haqqı ilə bağlı olmayıb: “Burada onun üçün hər şərait yaratmışdıq. Federasiyada otaq ayırmışdıq və kirayə ev tutmuşduq. Yaxşı da maaş alırdı. “Pınar Karşıyaka”nı seçməyinə gəlincə, bunu onun doğma şəhəri – İzmiri təmsil etməsi ilə əlaqələndirmək olar. Özü də vətənində işləməkdə maraqlı oldu və halallıqla ayrıldıq”.
Rüstəmov bildirib ki, hələ onu əvəzləyəcək yeni menecer təyin olunmayıb: “Bu vəzifə hələlik boşdur. Buraya kimin gətirilməsi barədə qərarı federasiya rəhbərliyi verəcək”.
Qeyd edək ki, Türknas 2010-cu ilin martında Basketbol Federasiyasında çalışırdı.

0
0