“Azərreyl”i dayandıran məlum oldu
01.11.2012 - 09:41
Çempionlar Liqasının qrup mərhələsində baş tutan “Əczaçıbaşı” (Türkiyə) – “Azərreyl” (Azərbaycan) oyununun ən yaxşısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin darmadağını ilə nəticələn qarşılaşmada Neslihan Darnel hamıdan çox xal toplayıb.
O, Alessandro Çiappininin yetirmələrindən 17 xal almağı bacarıb. “Azərreyl”dən isə Meqan Hodj daha məhsuldar olub. Amerikalı legionerimiz 11 xala sevinib. Digər voleybolçularımızdan Tina Lipiçer 9, Manon Flier 7, Sara Anzanello 6, Karoline Vensink 4, Milena Radeçka 3, Debbi Stam 2 və Ariel Vilson 1 xal toplayıb.
Qeyd edək ki, “Azərreyl” 0:3 hesabı ilə uduzub.

0
0