“Biz bilirdik ki, “Azərreyl” yaxşı komandadır”
01.11.2012 - 10:15
“Biz bilirdik ki, “Azərreyl” yaxşı komandadır”
“Biz bilirdik ki, “Azərreyl” yaxşı komandadır. Bu matça çox diqqətlə hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri qadın voleybolçulardan ibarət Türkiyənin “Əczaçıbaşı” klubunun baş məşqçisi Lorentso Miçelli deyib. O, Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.

Miçellinin sözlərinə, komandamızı yaxşı təhlil etmələri belə inamlı qələbələrinin əsas səbəbidir: “İlk 2 setdə rəqibimiz hesabda çox irəlidə idi. Ancaq hər 2 halda buna son qoyaraq, qalib gəldik. Liderimiz Neslihan 3-cü seti bizim üçün çox yaxşı başladı. Biz bunu sona kimi qoruya bildik. Növbəti matça hazırlaşmağımızın vaxtıdır ki, orada Almaniyanın “Dresdner” klubu ilə oynayacağıq”.