Esra Gümüş: Bakı klubu ilə oyunda hərə üzərinə düşəni etdi
01.11.2012 - 10:24
Esra Gümüş: Bakı klubu ilə oyunda hərə üzərinə düşəni etdi
Türkiyənin “Əzcaçıbaşı” klubunun kapitanı Esra Gümüş Çempionlar Liqasında “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəldikləri ev oyununu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli voleybolçu Azərbaycan komandası üzərində qələbəyə böyük önəm verib.

Gümüşün sözlərinə görə, Bakı klubu ilə matça yaxşı köklənmələri nəticəyə təsir edib: “Bu, bizim üçün çox vacib oyun idi. Hesab edirəm ki, hər oyunçu üzərinə düşəni etdi. İndi biz qələbə seriyasını növbəti oyunlarda da uzatmalıyıq”.