“Rabitə”dən möhtəşəm qələbə! - YENİLƏNİB
01.11.2012 - 20:00
Bu gün Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə Azərbaycan təmsil edən “Rabitə” İtaliya “Villa Kortese”si ilə üz-üzə gəlib.
Bakı təmsilçisi ciddi sınaqdan qalib ayrılıb. “Dördlər finalı”nın son iştirakçısı “Villa Kortese”si kifayət qədər ciddi rəqib hesab olunsa da, baş məşqçi Marçello Abbondanza sabiq komandasını məğlub etməyin yolunu tapmaqda çətinlik çəkməyib. Bakıda məğlubedilməz təmsilçimiz 3:1 hesabı ilə qalib gələrək, xallarının sayını 6-ya çatdırıb.
Belə ki, görüş komandamız üçün uğurlu başlayıb. Yeni mövsümdə ilk ev oyununa çıxan “Rabitə” gözəl oyunu ilə fanatlarına sevinc bəxş edib. İlk setin birinci texniki fasiləsinə 3 top öndə yollanan Azərbaycan çempionu növbəti fasilədə xal fərqini 5-ə çatdırıb. Bundan sonra da inamlı oyunu ilə diqqət çəkən voleybolçularımız seti asanlıqla hesablarına yazıblar – 25:15.
10 xallıq fərq ikinci hissədə rəqibi taktiki gediş etmək məcburiyyətində qoyub. Nəticədə blokda daha yaxşı oynayan italiyalılar setə fəal başlayıblar – 2:1. Lakin bu, onların təşəbbüsü ələ almasına səbəb olmayıb. “Rabitə” birinci texniki fasiləyə yenə 3 top irəlidə çıxıb. Lakin dəqiqələr ötdükcə “Villa Kortese” fəallaşmağa başlayıb. Komandamız hissənin sonlarında 3 xal öndə olmasına baxmayaraq (20:17), qonaqlar oyununda dönüş yaradıblar və ardıcıl 4 xala seviniblər – 21:20. Bu nəticə ilə barışmaq istəməyən Marçello Abbondanza tay-aut götürərək, hesabı 2:0-a çatdırmaq istəsə də, alınmayıb. İtaliya təmsilçisi matçda tarazlığı bərpa edib – 1:1.
Üçüncü setinin ilk dəqiqələri də komandamız üçün çətin keçib. Lakin artıq öz oyununu tapan voleybolçularımız qonaqların hesabda irəli çıxmasına imkan verməyiblər. Təmsilçimiz hissənin sonunda fəallığı artıraraq, yekunda 4 xal üstünlük əldə edib və yenidən önə keçib – 2:1.
Dördüncü setdə məğlubiyyət komandamızın ən azı 1 xal itirməsi ilə nəticələnə bilərdi. Bunu yaxşı başa düşən komandamız rəqibin bu arzusunun həyata keçməsinə imkan verməyib. Düzdür, hissənin gedişində “Villa Kortese” hesabı bərabərləşdirməyə yaxın olub. Onlar setin ortalarında hesabda irəli çıxsalar da, voleybolçularımız əzmkar oyun sayəsində əvvəlcə hesabı bərabərləşdirib (21:21), ardınca italiyalılara Bakıda xal qazanmağın asan olmadığını sübut ediblər – 3:1.
Beləliklə, “Rabitə” 2012/2013 mövsümündə yeni heyətlə evdə ilk matçında azarkeşləri önündə inamlı qələbə qazanıb və ən yaxın izləyicilərini 3 xal qabaqlayıb.
1 noyabr
B qrupu
“Rabitə” – “Villa Kortese” (İtaliya) - 3:1 (25:15, 22:25, 25:21, 25:22)
Hakimlər: Viktor Markov (Rusiya), Bülənt Bozqurt (Türkiyə)
Bakı. “Sərdəhçi” Olimpiya Mərkəzi

Rabitə | 2 | 2 | 0 | 6-1 | 172-140 | 6 |
Atom | 2 | 1 | 1 | 4-3 | 164-154 | 3 |
Villa Kortese | 2 | 1 | 1 | 4-4 | 180-185 | 3 |
Agel | 2 | 0 | 2 | 0-6 | 114-151 | 0 |
0
0