Yığmamızın hücumçusu ən güclülər arasında - FOTO
01.11.2012 - 12:45
Yığmamızın hücumçusu ən güclülər arasında - FOTO
Qadın voleybolçular arasında Rusiya Superliqasının arxada qalan 4 turunun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 5 nominasiya üzrə müəyyənləşən liderlər arasında Azərbaycan millisinin lideri Natalya Məmmədova da yer alıb.

O, setlər üzrə xal toplamaqda hamını qabaqlayıb. “Omiçka”da çıxış edən 28 yaşlı voleybolçu hər hissədə orta hesabla 5,93 xal yığıb.

Natalya Obmoçayeva (“Dinamo”, Moskva) Məmmədovadan 0,36 xal geri qalır. Siyahıda “Rabitə”də Natalyanın komanda yoldaşı olmuş Nataşa Osmokroviçin də adı var. Bakı təmsilçisi ilə Azərbaycan və dünya çempionu olan xorvatiyalı 8-ci yerdədir və hər setə orta hesabla 4,38 xala sevinib.

Qeyd edək ki, “Omiçka” 4 turdan sonra 6 xalla turnir cədvəlində 7-ci yerdədir.