Azərbaycanlı hakim “Fənərbaxça”nın oyununda
01.11.2012 - 13:54
Basketbol üzrə beynəlxalq dərəcəli azərbaycanlı hakim Ələkbər Həsənov FİBA Avropadan növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz noyabrın 7-də Orenburqda keçiriləcək Avroçelenc matçında referilik edəcək.
O, qadınlardan ibarət “Nadejda” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) qarşılaşmasında ədaləti qoruyacaq.
Qeyd edək ki, Həsənov 1 gün öncə baş tutmuş “Yekaterinburq” – “Nova Zaqreb” görüşündə də iş başında olub. Oyun ev sahiblərinin 83:77 hesablı qələbəsi ilə yekunlaşıb.

0
0