Braziliya yığmasının üzvü Azərbaycanda!
01.11.2012 - 15:58
CEV kubokunda 1/8 finala yüksələn “İqtisadçı” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, universitet komandasının növbəti transferi də Braziliyadan olub.
Bakı təmsilçisi Karol Qattazın ardından onun həmyerlisi Ana Tyemini də heyətinə qatıb. 25 yaşlı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb. O, “İqtisadçı”ya Braziliyanın “Voley Futuro Araçatuba” klubundan transfer olunub.
Braziliyanın yeniyetmələr, gənclər və əsas yığmasında oynayan 188 sm boya malik voleybolçu 2005-ci ildə dünya çempionu (U-20), 2009-cu ildə dünya Qran-Prisinin qalibi və 2008-2012-ci ildə Panamerika Kubokunun finalçısı olub. Yeri gəlmişkən, artıq 7 ildir əsas millidə oynayan Ana 42 matçda meydana çıxıb.
Klub karyerası əsasən son dünya çempionu “Sillis Nestle”yə bağlı olan Tyemi Braziliya çempionu (2010) və 2 dəfə gümüş medalçısı (2009, 2011) adını qazanıb.
Qeyd edək ki, “İqtisadçı” Qattaz və Tyemi ilə öncə həmyerlimiz İndira Abdullayeva, tailandlılar - Vilavan Apinyaponq, Hyafa Amporn, Onuma Sittirak, Pleumjit Zinkaov, Malika Kanzonq, Nutsara Tomkom, Vanna Buakeva və amerikalı Nansi Metkalfıa müqavilə imzalayıb.

0
0