Natalya Məmmədovanın Azərbaycana gələcəyi dəqiqləşdi
01.11.2012 - 18:03
Natalya Məmmədovanın Azərbaycana gələcəyi dəqiqləşdi
Qadın voleybolçular arasında CEV kubokunda 1/8 final mərhələsinə yüksələn daha 1 komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu uğura Bosniya və Herseqovina “Yedinstvo”sunu ikinci matçda da 3:0 (25:8, 25:20, 25:17) hesabı edən Rusiya “Omiçka”sı imza atıb.

Nəticədə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın da şərəfini qoruduğu Omsk təmsilçisi 1/8 finalda “İqtisadçı”ya rəqib olub. İlk matç noyabrın 13-15-də Bakıda, cavab qarşılaşması 1 həftə sonra Rusiyada olacaq.

Qeyd edək ki, “İqtisadçı” da Hollandiya “Sliedrext”ini hər 2 matçda 3:0 hesabı ilə məğlub etmişdi.