Liderin lideri - FOTO
01.11.2012 - 20:33
“Rabitə”nin Çempionlar Liqasının qrup mərhələsində ikinci qələbəsinin qəhrəmanının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun “Villa Kortese”yə (İtaliya) 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri Madeleyne Montano olub.
Kolumbiyalı legionerimiz “Dördlər finalı”nın son iştirakçısını 26 dəfə səhv etməyə məcbur edib. Marçello Abbondanzanın digər yetirmələrindən Foluke Akinradevo 16, Dobriana Rabadjiyeva 13, Nataşa Krsmanoviç 12 və Angelina Qrün 5 xal toplayıb.
Rəqib düşərgədə isə Katarina Barun fəal oyunu ilə diqqət çəkib. O, komandasına 15 xal qazandırıb.
Qeyd edək ki, ikinci matçda da 3 xal qazanan “Rabitə” qrupda vahid liderliyə yüksəlib.

0
0