Mira Qoluboviç: Bu, əlavə güc verəcək
02.11.2012 - 09:24
“Rabitə”nin kapitanı Mira Qoluboviç Çempionlar Liqasının qrup mərhələsində İtaliya “Villa Kortese”si ilə oyuna münasibət bildirib. Apasport.az saytının məlumatına görə, serbiyalı voleybolçu 3:1 hesabı ilə qalib gəldikləri matçın gərgin alındığını deyib.
Onun sözlərinə görə, ardıcıl qələbələr komandaya əlavə ruh yüksəkliyi verəcək: “Oyun hər 2 komanda üçün çətin alındı. Ancaq biz lazımı anda toparlanaraq, rəqibin təşəbbüsə yiyələnməsinə imkan vermədik. Təbii ki, yekun nəticə ilə razıyam. Bu qələbələr bizə növbəti qarşılaşmalarda da əlavə güc verəcək”.
Qeyd edək ki, “Rabitə” qələbə sayəsində qrupunda vahid lider olub.

0
0