“Villa Kortese”nin kapitanı: “Rabitə” əla komandadır
02.11.2012 - 09:30
“Villa Kortese”nin kapitanı: “Rabitə” əla komandadır
“Rabitə” əla, yüksək səviyyəli voleybolçulardan təşkil olunmuş komandadır”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Rabitə” ilə oyundan sonra İtaliyanın “Villa Kortese” klubunun voleybolçusu Katarina Barun deyib.

Komandasının kapitanı 1:3 hesabı ilə uduzaraq, qrupda 3-cü pilləyə düşmələrinə münasibət bildirib: “Azərbaycan çempionu ilə görüş çox ağır və maraqlı oldu. Lakin onlar evdə oynadıqlarından daha inamlı təsir bağışladılar və təbii ki, azarkeşlərin dəstəyi altında inamlı qələbə qazandılar. Çalışacağıq ki, növbəti matçda qrupdakı vəziyyətimizi düzəldək”.