Zoran Terziç: Bakı klubu haqda çoxlu informasiya toplamışıq – MÜSAHİBƏ
02.11.2012 - 10:00
Zoran Terziç: Bakı klubu haqda çoxlu informasiya toplamışıq – MÜSAHİBƏ
“Omiçka”nın baş məşqçisi Zoran Terziç CEV kubokunun 1/8 finalında “İqtisadçı” ilə düşmələrinə münasibət bildirib. Apasport.az-ın Omsk təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, öncə 1/16 final haqda danışan serbiyalı mütəxəssis ardından Bakı təmsilçisi ilə oyunun çətin və maraqlı keçəcəyini açıqlayıb.

- Bosniya və Herseqovinanın “Yedinstvo” klubuna 3:0 hesabı ilə qalib gəldiyiniz cavab oyununu necə dəyərləndirərdiniz?
- Mən komandamın bugünkü oyunundan çox razıyam. Əlbəttə, bəzi problemlər vardı. Ancaq ümumilikdə yaxşı voleybol göstərdik. Nelli Alişeva sevindirdi. Onun zədəsi artıq keçmişdə qalıb.

- Bu gün rəqibin qiymətləndirilməməyi vardı?
- Oyunun lap əvvəlindən görünürdü ki, mənim komandam oyuna ciddi köklənib. Buna görə tam təbiidir ki, sonradan qızlar bir az arxayınlaşdılar. Çünki komandaların səviyyəsi həqiqətən fərqlidir.

- Növbəti rəqibiniz Bakı komandasıdır. Artıq “İqtisadçı” haqda informasiya toplamağa başlamısınız?
- Bəli, çoxlu informasiya yığmışıq. “İqtisadçı”da əsasən Tailand yığmasının voleybolçuları oynayır. Mən Serbiya yığmasının baş məşqçisi olarkən, bu milli komanda ilə üzləşmişəm.

- Onları necə xarakterizə edərdiniz?
- Mən tailandlı voleybolçuların bacarığına bələdəm. Bu matça baxmaq çox maraqlı olacaq. Çünki 2 fərqli kollektiv oynayacaq. “Omiçka”da hündürboy oyunçular cəmləşib. “İqtisadçı” isə sürətli voleybol göstərəcək.