“Bizi Azərbaycan klubu ilə sınaq gözləyir”
02.11.2012 - 11:50
“İndi bizi növbəti mərhələdə Azərbaycan klubu ilə sınaq gözləyir. Rəqibin heyətində Tailand millisinin 7 voleybolçusu yer alır”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Omiçka” klubunun voleybolçusu Olqa Sajina deyib.
Omsk təmsilçisinin hücumçusu CEV kubokunun 1/8 final mərhələsində qarşılaşacaqları “İqtisadçı” ilə görüşlərin çətin keçəcəyini düşünür.
Sajina Bakı təmsilçisinin güclü tərəflərini qeyd edib: “Mən İsveçrə çempionatında oynayanda orada da tailandlı voleybolçular çıxış edirdi. Onların güclü tərəfi müdafiədir. Çünki boyları hündür deyil. Rəqibə kombinasiyalı oyunu göstərməyə imkan verməmək üçün yaxşı top qəbulu, hücum və topu oyuna daxil etmək lazımdır”.

0
0