“Dişimizə” görə rəqib
02.11.2012 - 13:11
Rusiyanın “Omiçka” klubu Azərbaycan komandaları üçün münasib rəqibdir. Apasport.az saytının məlumatına görə, CEV kubokunun 1/8 final mərhələsində “İqtisadçı” ilə qarşılaşaq Omsk təmsilçisi indiyə kimi həmyerlilərimizlə oyunda sevinə bilməyib.
Belə ki, “Omiçka” ilə ilk qüvvəsini sınayan “Lokomotiv” olub. Onlar “Çelenc Cup”ın 2010/2011 mövsümün II təsnifat mərhələsində rusiyalılarla güclərini yoxlayıblar. Səfərdə baş tutan ilk matçda rəqib tay-brekdə qələbə qazansa da (25:22, 20:25, 20:25, 25:21, 15:10), cavab görüşündə “dəmiryolçular” hazırda yığmamızın üzvü Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”nı darmadağın ediblər - 3:0 (25:16, 25:23, 26:24). Nəticədə cütün taleyi “Qızıl set”də həll olunub. Burada da “Lokomotiv” 16:14 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.
Eyni hadisə analoji yarışın ötən mövsümündə də təkrarlanıb. “Omiçka” bu dəfə tarixin yaddaşına köçmüş və “Azəryolservis”lə birləşmiş “Bakı”ya rəqib olub. Super Liqanın bürünc mükafatçı da onlara boyun əyməyib. Düzdür, yarımfinala yüksələn klub yenə “Qızıl set”də müəyyənləşib. Omskda təmsilçimizi yenə tay-brekdə məğlub edən (25:20, 25:27, 27:29, 25:22, 15:11) rəqib Bakıda 0:3 (22:25, 19:25, 21:25) hesabı ilə uduzub. Lotereyada isə “Bakı” 15:9 hesabı ilə qalib gəlib və “Omiçka” avrokubokla vidalaşıb.
“İqtisadçı”nın güclü olması və statistika omskluların 3-cü dəfə də eyni aqibəti yaşayacağından xəbər verir. Lakin universitet komandası digər klublarımızdan fərqli, hər 2 qarşılaşmada qələbə qazanaraq, “Qızıl set”ə ümid etməsə daha yaxşı olar. Çünki “Omiçka” revanş üçün alışıb, yanır.
Qeyd edək ki, indiyə kimi avrokuboklarda 22 oyun keçirən rusiyalılar bunların 17-də qalib gəlib.

0
0