İtaliyalı voleybolçu: Azərbaycan tam fərqli dünyadı – MÜSAHİBƏ
07.11.2012 - 13:05
“Telekom” klubunun italiyalı voleybolçusu Françeska Giogoli ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı oyun qurucusu Bakı həyatından və Azərbaycan Super Liqasının səviyyəsindən danışıb.
- Artıq müəyyən müddətdir Bakıdasız. Oraya uyğunlaşa bilmisizmi?
- Burada mənim üçün yaxşı şərait yaradılıb. Hazırda yaşadığım mənzil 16-cı mərtəbədədir. Əsən külək daima zövqümü oxşayır. Azərbaycan gəldikdən sonra bildim ki, Bakının mənası “küləklər şəhəri” deməkdir. Hərdən külək çox güclü olur və həqiqətən adama ləzzət edir.
- “Telekom” barədə nə deyə bilərsiz?
- “Telekom” “Rabitə”nin ikinci komandası sayılır və onlar ölkənin ən nüfuzlu klublarından biridir. Komandamız gənc və perspektivli qızlardan təşkil olunub. Onlar gələcəkdə Azərbaycan millisinə düşəcəklərinə ümid edirlər. Bu ölkənin çempionatı isə İtaliya A seriyasından fərqlənir.
- Məsələn, nə?
- Burada Super Liqada yalnız 7 klub iştirak edir. Turun oyunlarının hamısı eyni gündə və eyni zalda keçirilir. Yəni burada ev və ya səfər amili yoxdur. Ancaq hər komandanın öz məşq bazası, zalı var. Düzdür, çempionatının səviyyəsi çox yüksək olduğundan məqsədə çatmaq asan deyil.
- Azərbaycanda çətinlik çəkdiyiniz anlar hansılardır?
- Real problem dil amili ilə əlaqədardır. Komandamda nə məşqçilər, nə də qızlar ingiliscə danışırlar ki, başa düşəsən. Bu səbəbdən rus dilini öyrənməyə hazırlaşıram.
- Tanımadığınız uzaq ölkəyə getməyə sizi nə sövq etdi?
- Mən bu komanda ilə avqustda müqavilə imzaladım. Hiss etdim ki, mühiti dəyişməyə, yeni həyat təcrübəsi öyrənməyə ehtiyac var. Özümdə cəsarət taparaq, qərar verdim və bunun qarşılığını yaxşı mənada hiss edirəm. Əlbəttə, bura tam fərqli dünyadır. Bakıda hər gün bizim üçün ayrılmış avtobusla məşqə, oyuna gedirik. Həmçinin, həmkarlarınla istədiyin restoranda nahar, yaxud şam edə bilərsən.
- Amma Bakıda olanlar həmişə tıxaclardan gileylənirlər...
- Düzdür, bu şəhərdə həmişə tıxac olur. Çünki burada yanacaq cəmi 45 qəpikdir. Digər diqqət çəkən məqam Bakıda çoxlu supermarketlərin olmasıdır. Burada istədiyin qidanı tapa bilərsən. Qiymətlər də elə yüksək deyil. Məsələn, kofe çox ucuzdur. Amma Azərbaycanda demək olar ki, hamı çay içir. Özü də bu zaman kiçik qəndlərdən istifadə edirlər.
- Bəs orada ən çox sevdiyiniz yeməkləri necə tapırsız?
- Əlbəttə, anamın bişirdiyi ev yeməklərini tapmıram. Bunlar üçün çox darıxmışam. Bir də itim “Bonni”nin həsrətindəyəm. Mən onu İtaliyada valideynlərimin yanında saxlamağı üstün tutdum. İstəmədim ki, uzun səyahət zamanı zədələr alsın.

0
0