“Salonda elə uğultu olur ki, bir-birimizi eşitmirik” - MÜSAHİBƏ
18.12.2012 - 15:48
“Omiçka”nın voleybolçusu Nelli Alişeva “Bakı-Azəryol”la CEV kubokundakı oyunları şərh edib. Apasport.az-ın məlumatına görə, Omsk təmsilçisinin oyunçusu Bakı azarkeşlərinin özünəməxsus xüsusiyyətlərindən və qələbələrinin sirrindən danışıb.
- Hər 2 görüşdə “Bakı-Azəryol”a 3:1 hesabı ilə qalib gəldiz. Sizə baş məşqçiniz Zoran Terziç növbəti matçın təhlilində nə demişdi?
- Oyun Zoranın çox xoşuna gəldi. O qeyd etdi ki, biz bu matçı çox diqqətli keçirdik və qələbə istəyimiz böyük idi. Terziç bizi ümumilikdə təriflədi.
- Bəs siz özünüz komandanın işgüzarlığından razı qaldızmı?
- Tamamilə! Oyun bizim üçün çox vacib idi. Çünki qalib gələcəyimiz halda çıxışımızı davam etdirmək imkanı qazanırdıq. Məğlub olsaydıq isə turnirdə mübarizəni dərhal dayandıracaqdıq. Məhz buna görə görüşün əvvəlində çox həyəcan keçirirdik və əsəbi idik.
- Nə vaxt emosiyalarınızla bacara bildiz? Nə vaxt matçın nəzarətiniz altında olduğunu hiss etdiz?
- Belə hisslər yalnız oyun bitəndən sonra yaranır. Hansındakı sən qalib gəlirsən. Qarşılamanın gedişində belə bir şey ola bilməzdi. Həmin vaxt yalnız sən qələbə üçün nə etməli bu və ya digər vəziyyətdə necə düzgün oynamalı olduğunu düşünürsən.
- Oyunun gedişində hesabın gedişini nəzərə alsaq, ev matçınızı çox xatırladırdı...
- Bəli, həqiqətən ona çox oxşayırdı. I və II seti xeyrimizə başa vurduq. III hissədə bir qədər arxayınlaşdıq. Buna görə də bir neçə səhv buraxaraq, uduzduq. Ancaq IV hissədə dərhal toparlandıq və məsələni “Qızıl set”ə saxlamadıq.
- Final fiti səslənəndə qalib gəldiyinizi başa düşdüz. Bu zaman meydançada hansı hissləri keçirdiz? Növbəti mərhələyə çıxmağınız üçün çox çılğın idiz?
- Əlbəttə. Axı bu komandamız üçün tarixdə ilk idi. Üstəlik, ölkə çempionatında hələlik elə də yaxşı çıxış etmirik. Heç olmasa, avrokubokda özümüzü yaxşı göstərmək istəyirik. Biz qələbəni qazanmağımıza şad idik.
- Azərbaycanlı azarkeşlər öz fəallığı və çılğınlığı ilə məşhurlaşır. Bu sizə hansısa təsir göstərmədi?
- Onlar çox aktiv və səs-küylüdürlər. Adətən oyunlar zamanı salonda elə uğultu olur ki, hətta biz bir-birimizi eşitmirik. Digər qızları bilmirəm, ancaq mənə bu heç də mane olmur. Oyun zamanı kənarda baş verənlərdən elə təcrid oluram ki, nəsə eşitmirəm və meydandan kənarda baş verənləri görmürəm.

0
0