“Xəzər Lənkəran”ın hegemonluğu
30.12.2012 - 13:37
Topaz Premyer Liqasında qış fasiləsinə kimi baş tutmalı olan 108 oyundan 2-si gələn ilə təxirə salınıb. Apasport.az saytının məlumatına görə, daha 1 oyun – “Simurq” – “Rəvan” matçının nəticəsi ləğv olunduğundan, mövsümün ilk bölümü 105 görüşlə tamamlanıb.
105 oyunu 214470 tamaşaçı qeydə alınıb. Bu isə orta hesabla hər matçda 2043 seyrçinin olması anlamına gəlir.
Müqayisə üçün qeyd edək ki, ötən mövsüm orta tamaşaçı sayı 2343-ə bərabər idi. Ötən çempionatın 18 turluq ilk bölümündə isə bu rəqəm 2564 idi.
Arxada qalan 105 matçda ən çox azarkeş Lənkəranda baş tutan “Böyük oyun”da qeydə alınıb. Dekabrın 14-də “Fırtınalar meydanı”nda keçirilən XVII turun “Xəzər Lənkəran” - “Neftçi” matçını 9500 nəfər izləyib.
Çempionatın antirekordu isə bundan təxminən 63 dəfə az olub – 150 nəfər. Buna 2 dəfə təsadüf olunub. IX turun “Qarabağ” – “Bakı” (20.10.2012) və XVIII turun “Sumqayıt” – “Kəpəz” (20.12.2012) görüşlərində belə az izləyici olub. Bu matçlar müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu və “Bayıl Arena”da baş tutub.
Komandaların ev oyunlarındakı tamaşaçı sayına gəlincə, son illərdə olduğu kimi, yenə “Xəzər Lənkəran” ilk pillədədir. Paytaxt klubları və ev oyunlarını Bakıda keçirən “Qarabağ” isə cədvəlin aşağı pillələrindədir.
Komandaların səfər oyunlarında azarkeş sayında isə “Qarabağ” ilk pillədə yer alıb. Ağdam təmsilçisinin rəqiblərinin azarkeşləri ona marağı böyükdür.
105 oyun 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə, ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km qəsəbə stadionudur. 15 arena arasında sonuncu Respublika stadionudur. Belə ki, Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da “Böyük oyun”dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız “AZAL Arena”da ümumi azarkeş sayı “Böyük oyun”dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.

Xəzər Lənkəran | 8 | 43700 | 5463 |
Kəpəz (Gəncə) | 8 | 30500 | 3813 |
Sumqayıt | 10 | 32550 | 3255 |
Turan (Tovuz) | 9 | 28400 | 3156 |
Simurq (Zaqatala) | 8 | 18900 | 2363 |
Neftçi (Bakı) | 10 | 15250 | 1525 |
AZAL (Bakı) | 7 | 8900 | 1271 |
Qəbələ | 9 | 10880 | 1209 |
Bakı | 8 | 7880 | 985 |
İnter (Bakı) | 10 | 7850 | 785 |
Rəvan (Bakı) | 9 | 6010 | 668 |
Qarabağ (Ağdam) | 9 | 3650 | 406 |
Komandaların səfər oyunlarında azarkeş sayında isə “Qarabağ” ilk pillədə yer alıb. Ağdam təmsilçisinin rəqiblərinin azarkeşləri ona marağı böyükdür.
Qarabağ (Ağdam) | 9 | 34500 | 3833 |
Rəvan (Bakı) | 8 | 25450 | 3181 |
Neftçi (Bakı) | 7 | 19900 | 2843 |
Bakı | 9 | 21200 | 2356 |
Xəzər Lənkəran | 10 | 18500 | 1850 |
Qəbələ | 9 | 16000 | 1778 |
Sumqayıt | 8 | 13650 | 1706 |
Kəpəz (Gəncə) | 10 | 16740 | 1674 |
Turan (Tovuz) | 8 | 12930 | 1616 |
AZAL (Bakı) | 10 | 16000 | 1600 |
İnter (Bakı) | 8 | 9400 | 1175 |
Simurq (Zaqatala) | 9 | 10200 | 1133 |
105 oyun 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə, ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km qəsəbə stadionudur. 15 arena arasında sonuncu Respublika stadionudur. Belə ki, Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da “Böyük oyun”dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız “AZAL Arena”da ümumi azarkeş sayı “Böyük oyun”dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.
Lənkəran | 7 | 42700 | 6100 |
Gəncə | 8 | 30500 | 3813 |
Sumqayıt | 10 | 33700 | 3370 |
Tovuz | 9 | 28400 | 3156 |
Zaqatala | 8 | 18900 | 2363 |
8-ci km stadionu | 5 | 7700 | 1540 |
Bakıxanov | 5 | 7550 | 1510 |
AZAL Arena | 8 | 10900 | 1363 |
Qəbələ | 8 | 10380 | 1298 |
"Bakı"nın bazası | 8 | 7880 | 985 |
Şəfa | 8 | 5350 | 669 |
Bayıl Arena | 9 | 5560 | 618 |
Böyük Əmili | 1 | 500 | 500 |
Dalğa Arena | 4 | 1950 | 488 |
Respublika | 7 | 2500 | 357 |
0
0