“Rabitə” Fransa çempionunun daşını-daş üstə qoymadı - YENİLƏNİB
24.01.2013 - 18:27
Bu gün Azərbaycan çempionu “Rabitə” Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi “Sərhədçi” Olimpiya Mərkəzində Fransanın “Kann” klubunu qəbul edib.
Oyun gözlənildiyi kimi, hazırda əla forma yığan Marçello Abbondanzanın komandasının tam üstünlüyü şəraitində keçib. İlk matçda 3:1 hesabı ilə qalib gələn “Rabitə” doğma divarlar arasında rəqibə heç 1 set də güzəştə getməyib.
Düzdür, oyunun startı komandamız üçün yaxşı başlamayıb. İlk texniki fasiləyə 3 top öndə çıxan “Kann” setin gedişində bu fərqi artırmağı da bacarıb – 11:7. Lakin bundan sonra öz oyununu tapan “Rabitə” Fransa çempionunu Bakıya gəlməyə peşman edib. Nəticədə ilk hissəni 6 top irəlidə bitirən Abbondanzanın yetirmələri növbəti setdə daha asan qələbə qazanıblar – 25:18.
Yerli azarkeşlər önündə şou göstərən voleybolçularımız III hissəni də rahat qazanıblar. Onlar bu dəfə rəqibə cəmi 17 xal “veriblər”.
Beləliklə, “Rabitə” Çempionlar Liqasının 1/3 finalına “Azərreyl”dən sonra yüksələn ikinci Bakı klubu olub. Onlar yarımfinal uğrunda Kazan “Dinamo”su ilə oynayacaqlar. İlk görüş fevralın 5-7-də Rusiyada, cavab qarşılaşması 1 həftə sonra ölkəmizdə olacaq.
Çempionlar Liqası>
I pley-off mərhələsi, cavab oyunu
24 yanvar
“Rabitə” (Azərbaycan) -“Kann” (Fransa) - 3:0 (25:19; 25:18; 25:17)
Hakimlər: Mehmet Ersin Altıparmaq (Türkiyə), Viktor Kozlovski (Ukrayna)
İlk oyun
“Kann” (Fransa) - “Rabitə” (Azərbaycan) - 1:3 (17:25, 25:15, 19:25, 19:25)
Qeyd edək ki, “Azərreyl”in növbəti mərhələdə rəqibi bu gün baş tutacaq “Yamamay” (İtaliya) – “Sveriner” (Almaniya) görüşündən sonra bilinəcək. İlk matçda ikincilər 3:2 hesabı ilə qalib gəliblər.

0
0